“Mançester Siti” yeni qapıçı  aldı
08 avqust 2026 14:57 (UTC +04:00)

“Mançester Siti” yeni qapıçı aldı

0

“Mançester Siti” qapıçı Heronimo Rulyinin transferi ilə bağlı “Marsel”lə razılığa gəlib. 

Lent.az xəbər verir ki, 34 yaşlı argentinalı qolkiper İngiltərə klubu ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalayacaq. Razılaşmada müqavilənin daha bir mövsüm – 2029-cu ilin iyununa qədər uzadılması üçün seçim də nəzərdə tutulub.

“Marsel” artıq Rulyiyə tibbi müayinədən keçmək üçün “Mançester Siti”nin düşərgəsinə yollanmağa icazə verib.

Transferin məbləği təxminən 3,5 milyon avro təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar