Mahir Emreli dönüşə hazırdır
21 iyul 2022 11:58 (UTC +04:00)

Mahir Emreli dönüşə hazırdır

Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədəsini sağaldıb.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, Zaqreb “Dinamo”sunun forvardı artıq komanda ilə məşqlərə qoşulub.

Mövsümün startında çempionatın ilk tur və Çempionlar Liqasının təsnifat matçını buraxan 25 yaşlı forvard həftəsonu dönüşünü qeyd etməyə hazırdır.

Bildirilib ki, yığmamızın üzvü iyulun 23-də çempionatın II turunda “Slaven”lə səfər qarşılaşmasında baş məşqçi Ante Çaçiçin sərəncamında olacaq.

Qeyd edək ki, “Slaven” – “Dinamo” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

# 1893
avatar

Oxşar yazılar