Belarus prezidenti Aleksandr Lukaşenkonun üzünə hokkey oyununda üzünə dəyənəklə zərbə vurulub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu, xoşagəlməz olay prezident idman klubunun mükafatları uğrunda həvəskarların hokkey yarışının final oyununda baş verib.
İnternetdə yayımlanan videoda 7 nömrəli oyunçunun dəyənəyini prezidentin çənəsinə necə vurduğu görünür.
“Bir nömrəli oyunçu dəyənəyni kəskin şəkildə yan tərəfə çəkib (şaybanı saxlayaraq). Lakin 7 nömrəli oyunçunun dəynəyi bir nömrəlinin dəyənəyinə deyil, üzünə dəyib. Hadisə bir nömrəlinin əhval-ruhiyyəsinə heç bir təsir etməyib”, - şərhdə bildirilir.
Məlumata görə, oyunun qalibi prezidentin komandası olub.