İngiltərə Premyer Liqasının 2-ci turunda "Kristal Pelas"dan qol buraxan (1:1) "Liverpul" klub üçün 21-ci əsrdə yeni antirekord müəyyənləşdirib.
Lent.az-ın xarici mediaya isttinadla xəbərinə görə, məsələ burasındadır ki, bu oyunun nəticələrinə görə “qırmızı-qaralar” Premyer Liqanın ardıcıl altıncı oyununda qapısını toxunulmaz saxlaya bilməyib, sonuncu dəfə 1997-ci ildə “mersisaydlılar”ın başına belə iş gəlib.
İlk iki turdan sonra "Liverpul" iki xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, bir həftə əvvəl "qırmızılar" "Fulhem"lə oyunda dan da “sülhlə” ayırmışdı (2:2). Avqustun 22-də Yurgen Kloppun yetirmələri səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq.