"Liverpul" növbəti mövsüm üçün baş məşqçisi  ilə bağlı qərarını verdi
13 may 2026 15:29 (UTC +04:00)

"Liverpul" növbəti mövsüm üçün baş məşqçisi ilə bağlı qərarını verdi

0

Mersisaydlılar yeni mövsümdən əvvəl baş məşqçilərini dəyişmək planlaşdırmırlar.

“Liverpul” yaxın gələcəkdə Xabi Alonsonu yeni baş məşqçi təyin etməyi düşünmür.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə tanınmış jurnalist Devid Ornstin məlumat verib. Onun sözlərinə görə, klubun rəhbərliyi Arne Slata tam etibar edir və növbəti mövsümə onun rəhbərliyi altında başlamağı planlaşdırır.

Klub yay transfer pəncərəsində məşqçisini dəyişdirmək əvəzinə, heyətini gücləndirməyə diqqət yetirmək niyyətindədir. “Liverpul”un heyəti gücləndirmək üçün bir neçə əhəmiyyətli transfer edəcəyi gözlənilir.

Daha əvvəl mediada "Çelsi"nin Xabi Alonso ilə maraqlana biləcəyi bildirilirdi. İspaniyalı məşqçinin özü Avropada ən çox axtarılan məşqçilərdən biri olaraq qalır.

Arne Slot, Yurgen Kloppun gedişindən sonra “Liverpul”da məşqçi vəzifəsini icra etməyə başlayıb və “Enfild”də yeni bir layihə qurmağa davam edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar