ABŞ təmsilçisi Fabiano Karuana Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin qalibi olub. Lent.az-ın məlumatına görə, Bakıda təşkil olunan turnirdə hesablarında 24 xal olan macarıstanlı Riçard Rapport və ABŞ təmsilçisi Fabiano Karuana Armagedonda üz-üzə gəliblər. Görüşdən qalib ayrılan ABŞ şahmatçısı turnirin qalibi adına sahib olub. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə yarışı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan memorial Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilib.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Karuana Vüqar Həşimov superurnirinin qalibi oldu: İLK DƏFƏ
Oxşar yazılar

Ronaldinyonun rellaşmayan proqnozu: O, Messinin yerini iki oyunçunun tutacağını demişdi
4 avqust 2025 , 19:33
Bu yay “Barselona”dan kim gedəcək - 6 oyunçu sual altındadır
4 avqust 2025 , 17:59
Mayk Tayson tarixin ən böyük boksçularının adını çəkdi
4 avqust 2025 , 16:18
"Qarabağ"ın Çempionlar Liqasının Pley-offdakı potensial rəqibi
4 avqust 2025 , 14:21
İspaniya millisi “Barselona”ya çevrilir: 11 kataloniyalı oyunçu, 8 akademiya yetişdirməsi
4 avqust 2025 , 11:30
Kriştiano Brunonun "Əl-Nəsr"ə keçməsini istəyir: Danışıqları özü aparır
4 avqust 2025 , 09:49
“Qarabağ”dan yeni transfer
3 avqust 2025 , 22:11