“Çətin olsa da, məğlubiyyətləri qəbul etməli və hər şeyi yenidən başlamalıyıq”.
Lent.az apasport.az saytına istinadla bildirir ki, bunu İtaliya yığmasının baş məşqçisi Roberto Mançini deyib.
Təcrübəli mütəxəssis DÇ-2022-dən kənardan qaldıqdan sonra istefa vermək barədə düşündüyünü etiraf edib: “Məşq etmək istəyi həmişə var. Getməyi düşünmüşəm? İşlər pis gedəndə məsuliyyətin məşqçinin üzərində olduğu aydındır. Buna görə də getmək barədə düşündüm”.
Qeyd edək ki, İtaliya yığması pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniyaya məğlub olaraq (0:1) Qətərdəki mundialdan kənarda qalıb.