İspaniya La Liqası tarixində ən çox qələbə qazanan baş məşqçilərin adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıya hazırda “Atletiko”nu çalışdıran Dieqo Simeone başçılıq edir.
Argentinalı mütəxəssis çempionatın XXIV turunda “Xetafe”ni 4:3 hesabı ilə məğlub etdikləri qarşılaşmada qalibiyyət sayını 235-ə çatdıraraq rekordu ələ keçirib.
1. Dieqo Simeone
Ölkəsi: Argentina
La Liqada çalışdırdığı klub: “Atletiko”
Qələbə sayı: 235
2. Ferdinand Dauçik
Ölkəsi: Slovakiya
La Liqada çalışdırdığı klublar: “Barselona”, “Atletik”, “Atletiko”, “Betis”, “Mursiya”,
“Sevilya”, “Saraqosa”, “Elçe”, “Espanyol”
Qələbə sayı: 234
3-4. Con Benjamin Toşak
Ölkəsi: Uels
La Liqada çalışdırdığı klublar: “Real Sosyedad”, “Real”, “Deportivo”, “Mursiya”
Qələbə sayı: 200
3-4. Elenio Errera
Ölkəsi: Argentina
La Liqada çalışdırdığı klublar: “Valyadolid”, “Atletiko”, “Malaqa”, “Sevilya”, “
Barselona”
Qələbə sayı: 200
5. Manuel Pelleqrini
Ölkəsi: Çili
La Liqada çalışdırdığı klublar: “Vilyarreal”, “Real”, “Malaqa”, “Betis”
Qələbə sayı: 196
6. Yohan Kroyff
Ölkəsi: Niderland
La Liqada çalışdırdığı klub: “Barselona”
Qələbə sayı: 179