Erlinq Haaland Kriştiano Ronaldonu  geridə qoydu
23 yanvar 2023 01:36 (UTC +04:00)

Erlinq Haaland Kriştiano Ronaldonu geridə qoydu

"Mançester Siti" Premyer Liqanın 21-ci turunun oyununda "Vulverhempton"u darmadağın edib.

Lent.az xəbər verir ki, Mançesterdə keçirilən görüş 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb, Erlinq Haaland het-trik edib (40-cı, 49-cu (penaltidən) və 54-cü dəqiqə).

Bu het-trik norveçli üçün İngiltərə Premyer Liqasında 19 oyunda dördüncü olub. Haaland bunu etmək üçün 65 oyun keçirən holland Ruud van Nistelroyun rekordunu qırıb.  O, həmçinin Premyer Liqanın bir mövsümündə şəhərlilər üçün ev oyunlarında qollarının sayına (18) görə Serxio Aqueronu (16) ötüb.

Xosep Qvardiolanın yetirmələri Premyer Liqada 20 oyundan sonra 45 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar