"Əl-Nəsr" fransız futbolçunu 35 milyona alır
14 avqust 2025 18:06 (UTC +04:00)

"Əl-Nəsr" fransız futbolçunu 35 milyona alır

“Bavariya”nın cinah hücumçusu Kinqsli Komanın “Əl-Nəsr”ə transferi yaxınlaşır.

Lent.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 29 yaşlı fransız futbolçu üçün bonuslar da daxil olmaqla 35 milyon avro ödəməyə hazırdır. Oyunçu ilə müqavilə 2028-ci ilə qədər nəzərdə tutulur.

Koman 2017-ci ilin yayından Münhen klubunda çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 339 oyunda iştirak edərək 72 qol vurub və 71 qol ötürməsi edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226

Oxşar yazılar