Dünyanın ən seksual idmançısı Haalanda meydan oxudu
23 avqust 2023 18:18 (UTC +04:00)

Dünyanın ən seksual idmançısı Haalanda meydan oxudu

Almaniyalı idmançı Elis Şmidt “Mançester Siti”nin futbolçusu Erlinq Haaland ilə 400 metr məsafədə qaçış zolağında döyüşmək arzusunu bildirib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, qaçışçı Şmidt bu istəyini belə ifadə edib:

“Haaland 400 metr məsafəni qazanacaqmı? Bilmirəm. Ola bilər. Düşünürəm ki, 400 metr məsafədə bunu edərdim. Amma 200 metr məsafədə daha çətin olardı.

Hər halda, onunla yarışda iştirak etməkdən məmnun olardım. Əla qaçış olardı. Və onu məğlub etsəm şad olaram. Haaland, əgər mənimlə rəqabət aparmağa hazırsansa, hansımızın daha sürətli olduğunu bilmək istərdim”.

“Mançester Siti”nin ötən mövsümün ən yaxşı futbolçusu Erlinq Haaland olub. O, 52 matçda iştirak edib və bütün yarışlarda 52 qol vurub və 9 məhsuldar ötürmə verib. Qeyd edək ki, norveçli üçün bu, İngiltərə Premyer Liqasında (APL) debüt mövsümü olub. Bu mövsüm norveçli hələ qol vurmayıb.

Qeyd edək ki, 2017-ci ildə Avstraliyanın “Busted Coverage” jurnalı Elis Şmidti dünyanın ən seksual qadın idmançısı adlandırıb. 24 yaşlı idmançının sosial şəbəkələrdə milyonlarla izləyicisi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2667
avatar

Oxşar yazılar