Dünya çempionu cinsini dəyişib  KİŞİ OLDU
17 avqust 2022 17:19 (UTC +04:00)

Dünya çempionu cinsini dəyişib KİŞİ OLDU

Reqbi idman növü üzrə 7 qat dünya çempionu avstraliyalı Ellia Qrin cinsini dəyişərək kişi olub. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, idmançı cinsiyyətini dəyişmək üçün planlı şəkildə hazırlıqlar görüb.

O, karyerasına görə cins dəyişkənliyi üçün ilkin prosedur olan hormon terapiyasından imtina edib. 29 yaşlı reqbiçi 2021-ci ildə karyerasını başa vurduqdan sonra bu istəyini reallaşdırıb.

“Həyəcanlı idi. İnsanlar istədiklərini etmək və arzularının arxasınca getmək üçün seçimə layiqdirlər”, deyə Qrin bildirib.

Qeyd edək ki, Ellia 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında Avstraliya komandasının tərkibində qızıl medal qazanıb.

Xatırladaq ki, ötən ilin noyabrında Beynəlxalq Olimpiya Komitəsi transseksual idmançıların qadın yarışlarına buraxılması ilə bağlı tövsiyələr təqdim edib. Xüsusilə bildirilib ki, idmançılar cinsindən və cinsi kimliyindən asılı olmayaraq qəbul edilməlidir.

# 1872
avatar

Oxşar yazılar