Dünya çempionları Paris Olimpiadasında  oynamaq istəyirlər
21 yanvar 2024 11:58 (UTC +04:00)

Dünya çempionları Paris Olimpiadasında oynamaq istəyirlər

Dünya çempionları Lionel Messi və Anxel Di Mariya Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək istəyirlər.

Lent.az bildirir ki, bu barədə “Direct Sports” məlumat verir.

Olimpiya futbol turnirində yaşı 23-dən az olan oyunçulardan ibarət komandalar iştirak edir. Bununla belə, reqlament milli komandalarda bu yaş qrupundan yuxarı üç futbolçunun olmasına icazə verir.

Mənbənin sözlərinə görə, Argentinanın gənclərdən ibarət yığması Olimpiadaya vəsiqə qazanarsa, 36 yaşlı Messi və 35 yaşlı Di Mariya 2024-cü il Oyunları öncəsi komanda ilə birgə məşqdə iştirak edəcək və turnirin özündə mübarizə apara biləcək.

Bundan əvvəl Messi və Di Mariya 2008-ci ildə Çinin Pekin şəhərində keçirilən Olimpiya Oyunlarında iştirak edərək milli komandanın tərkibində çempion olublar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3426
avatar

Oxşar yazılar