Dünya çempionatında sevinc və kədər:  gözünün yaşını saxlaya bilməyən  ulduz futbolçular
11 iyul 2026 11:12 (UTC +04:00)

Dünya çempionatında sevinc və kədər: gözünün yaşını saxlaya bilməyən ulduz futbolçular

0

Qalibiyyət və məğlubiyyətlər, kubok uğrunda mübarizə Dünya çempionatının görünən tərəfidir. Ancaq turnirin ən yaddaqalan məqamlarından bəziləri hesab tablosunda deyil, futbolçuların yaşadığı duyğularda əks olunur. Bəzən bir futbolçunun oyundan sonra səssizcə göz yaşlarını silməsi, tribunaya baxaraq kövrəlməsi nəticədən daha çox diqqət çəkir.

2026-cı il Dünya çempionatı da belə anlarla zəngin olub. Bu il də bir sıra ulduz oyunçular həm məğlubiyyətin, həm də tarixi uğurların yaratdığı emosiyalara hakim ola bilməyərək meydanda göz yaşlarına boğulublar. 

Lent.az builki Dünya çempionatında indiyədək sevinc və kədərdən gözü yaşlı meydanı tərk edən futbolçuların siyahısını təqdim edir. 

Kriştianu Ronaldo (Portuqaliya)

Futbolçu Portuqaliyanın İspaniyaya uduzaraq 1/8 finalda mübarizəni dayandırmasından sonra göz yaşlarını saxlaya bilməyib. Bu turnirin onun son dünya çempionatı olması  emosiyaları daha da artırıb.

Lionel Messi (Argentina)

Misir üzərində dramatik qələbədən sonra sevinc və gərginliyin təsirindən kövrəlib. Oyundan sonra göz yaşları ilə komanda yoldaşlarını qucaqlaması turnirin ən emosional anlarından birinə çevirilib.

Məhəmməd Salah (Misir) 

Avstraliya üzərində tarixi qələbədən sonra sevinc göz yaşları töküb. 

Neymar (Braziliya)

Braziliyanın Norveçə məğlub olaraq 1/8 finalda mübarizəni dayandırmasından sonra meydanda ağlayıb. Onunla birlikdə komanda yoldaşları da kövrək anlar yaşayıb.

Nuno Da Koşta (Kabo-Verde) 

Argentinaya dramatik məğlubiyyətdən sonra göz yaşlarına hakim ola bilməyib. Turnirin ən təsirli anlarından biri isə ağlayan futbolçunu azyaşlı oğlunun təsəlli etməsi olub.

Manuel Noyer (Almaniya)

Almaniyanın penaltilər seriyasında Paraqvaya məğlub olaraq mübarizəni erkən başa vurmasından sonra göz yaşları içində meydanı tərk edib. Bu turnir onun da son dünya çempionatı kimi qiymətləndirilir.

Lionel Skaloni (Argentina millisinin baş məşqçisi)

Misir üzərində dramatik qələbədən sonra canlı yayımda müsahibə verərkən göz yaşlarını saxlaya bilməyib və emosiyalarına hakim ola bilmədiyi üçün müsahibəni yarımçıq dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar