Çempionlar Liqasında İLK...
14 may 2021 14:40 (UTC +04:00)

Çempionlar Liqasında İLK...

Çempionlar Liqası tarixində ilk dəfə eyni ölkə ardıcıl iki finalı qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, bu, UEFA-nın 2020/21 mövsümünün həlledici matçı ilə bağlı qərarından sonra mümkün olub.

Belə ki, qurum Türkiyənin İstanbul şəhərindəki finalı Portuqaliyanın Porto şəhərinə keçirib. Maraqlıdır ki, bir il əvvəl də eyni hadisə yaşanmışdı.

Həmin vaxt da İstanbuldakı final koronavirus pandemiyası üzündən Portuqaliyaya verilmişdi. Həmin vaxt ümumiyyətlə “səkkizlər finalı” eyni ölkədə keçirilmişdi. Həlledici qarşılaşma isə Lissabonda baş tutmuşdu.

Portuqaliyaya qədər Avropanın heç bir ölkəsi ardıcıl iki belə final qəbul etməyib. Bu, 1955/56 mövsümündən keçirilən yarışın 66 illik tarixində ilk belə haldır.

Qeyd edək ki, ardıcıl ikinci dəfə finalı qəbul etməsi təxirə düşən İstanbul da həlledici matçsız qalmayacaq. Artıq dünya KİV-ində 2022/23 mövsümünün final görüşünün bu şəhərə veriləcəyi barədə xəbərlər yayılıb. İstanbul bu matçın ev sahibi olması planlaşdırılan Almaniyanın Münhen şəhərini əvəz etməlidir. İstanbula daha bir vacib görüş də veriləcək. Bu ilin avqustunda baş tutacaq UEFA Superkubokunun məhz qonşu ölkəyə verilməsi də gündəmdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2913

Oxşar yazılar

Ulduz futbolçu "Fənərbağça"dan gedir

Ulduz futbolçu "Fənərbağça"dan gedir

22 may 2025 , 19:46
“Mançester Yunayted”də dörd futbolçu  qalacaq

“Mançester Yunayted”də dörd futbolçu qalacaq

22 may 2025 , 18:56
Ançelottinin oğlu  da baş məşqçi olur

Ançelottinin oğlu da baş məşqçi olur

22 may 2025 , 15:42
Keçmiş hücumçu narkotik qaçaqmalçılığında  günahını etiraf etdi

Keçmiş hücumçu narkotik qaçaqmalçılığında günahını etiraf etdi

22 may 2025 , 12:54
Azərbaycana transfer olmaq üçün 1 milyon verdi

Azərbaycana transfer olmaq üçün 1 milyon verdi

22 may 2025 , 10:14
"Mançester Yunayted" tarixi antirekordunu   təkrarladı

"Mançester Yunayted" tarixi antirekordunu təkrarladı

22 may 2025 , 07:24
“Tottenhem” UEFA Avropa Liqasının qalibi oldu

“Tottenhem” UEFA Avropa Liqasının qalibi oldu

22 may 2025 , 01:03
Millimiz Bəhreynlə bacarmadı

Millimiz Bəhreynlə bacarmadı

21 may 2025 , 22:00