"Real"ın keçmiş futbolçusu Qaret Beylin "Liverpul"a vurduğu qolu “FourFourTwo”nun versiyasına görə UEFA Çempionlar Liqasının finalı tarixinin ən yaxşısı kimi tanınıb.
Lent.az xəbər verir ki, “FourFourTwo” ekspertlərinin fikrincə, Beyl Çempionlar Liqası finallarının bütün tarixində ən gözəl qolları vuran oyunçuların reytinqinə başçılıq edir.
2018-ci il mayın 26-da uelsli futbolçu İngiltərənin “Liverpul” komandası ilə həlledici görüşdə təxminən 13 metrdən qayçıvari qol vurub.
Ən yaxşı qollar siyahısının ikincisi “Kral klubu”nun şərəfini qoruduğu zaman 2001-ci ildə Almaniyanın “Bayer”inin qapısına Zinəddin Zidanın vurduğu qoldur.
Gözəl Çempionlar Liqası finallarının reytinqində ilk üçlüyü xorvatiyalı Mario Mandzukiç tamamlayıb. Turin "Yuventus"unun futbolçusu 7 il əvvəl qarşısıalınmaz şəkildə "Real"ın qapıçısına yol tapıb.
“FourFourTwo”nun bu siyahısına 9-cu yeri tutan Kriştiano Ronaldo da daxildir. Amma portuqaliyalı ümidini kəsmir və hələ də öz şedevrlərinə davam edir.
Azarkeşlər bu qollardan birini bu günlərdə UEFA Millətlər Liqası oyununda Ronaldonun Polşa millisinin qapısına öz üzərindən vurması zamanı görə biliblər.