“Çelsi” klubu baş məşqçi Entso Mareskanın istefasından sonra “Nyukasl Yunayted”i çalışdıran ingilis mütəxəssis Eddi Hau ilə əlaqə saxlayıb.
Lent.az xəbər verir ki, bu barədə “Football Insider” nəşri məlumat yayıb.
Məlumata görə, sözügedən vəzifə üçün əsas namizəd hazırda Fransanın “Strasburq” klubunda çalışan Liam Rozenyor olaraq qalır. Bununla belə, London klubunun rəhbərliyi İngiltərə çempionatında iş təcrübəsi olan mütəxəssislərə də maraq göstərdiyi üçün diqqətini Hauya yönəldib.
48 yaşlı məşqçi 2021-ci ilin noyabrından etibarən “Nyukasl Yunayted”ə rəhbərlik edir. Cari mövsüm Premyer Liqanın 19 turundan sonra “sağsağanlar” 26 xal toplayaraq 13-cü pillədə qərarlaşıblar. “Çelsi” isə 30 xalla turnir cədvəlinin 5-ci sırasında yer alır.
