Bunu da gördük  : Messinin oynayacağı komandadan BOMBA QƏRAR
28 mart 2023 10:41 (UTC +04:00)

Bunu da gördük : Messinin oynayacağı komandadan BOMBA QƏRAR

Son həftələr PSJ-nin azarkeşlərinin hədəfinə çevrilən Lionel Messi mövsümün sonunda Fransa komandası ilə yollarını ayıra bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ komandaları isə argentinalı ulduzu öz liqalarına gətirmək üçün maraqlı formul tapıblar.

Məlumata görə, MLS komandaları Lionel Messinin maaşını birlikdə ödəməyə qərar verib. Argentinalı ulduz Amerikaya transfer olmaq qərarına gəlsə, istədiyi klubla müqavilə bağlaya biləcək.

MLS-in belə bir qərar qəbul etməsi əhəmiyyətli qazanc fondunun yaradılacağı fikrinə əsaslanır. Argentinalı ulduzun ABŞ-a keçəcəyi təqdirdə MLS-in televiziya gəlirlərində ciddi artım olacağı proqnozlaşdırılır.

# 1425
avatar

Fidan İlqar

Oxşar yazılar