“Napoli”nin prezidenti Aurelio De Laurentis bildirib ki, komandanın hücumçusu Viktor Osimeni yalnız PSJ ala bilər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Laurentis sözlərinə belə davam edib:
“Viktor Osimheni ödəyə biləcək yeganə klub Paris Sen-Jermendir. PSJ prezidenti Nasser Al-Xaleifi təxminən 200 milyon avro təklif etmək istəsə... gözləyəcəyik və nə olacağını görəcəyik”.
Osimhen “Napoli” ilə birlikdə 2022/2023 mövsümündə İtaliya çempionu olub və Çempionlar Liqasının 1/4 finalına yüksəlib. Portal Transfermarkt, hücumçunun dəyərini 120 milyon avro olaraq qiymətləndirir. Osimhenin Napoli ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, hücumçu 2022/2023 mövsümünün A seriyasının bombardiridir.