Bruno Fernandeş karyerasını  Almaniyada davam etdirə bilər
03 iyun 2024 19:01 (UTC +04:00)

Bruno Fernandeş karyerasını Almaniyada davam etdirə bilər

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş karyerasını Almaniyada davam etdirə bilər. 

Lent.az bildirir ki, bu barədə “O Jogo” məlumat yayıb.

Mənbənin məlumatına görə, "Bavariya" portuqaliyalı ilə maraqlanır. Artıq Almaniya klubunun rəhbərliyi 29 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb.

"Barselona" da Bruno Fernandeşlə maraqlanır, lakin kataloniyalılar hələ danışıqlara başlamayıb. Portuqaliyalı yarımmüdafiəçinin "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

Oxşar yazılar