Qaret Beylin “Los-Anceles” klubundakı qazancı ciddi şəkildə azalıb.
Lent.az bildirir ki, “Marca”nın məlumatına görə, uelsli cinah oyunçusu “Qalaksi”dən 1,6 milyon avro alacaq.
Bu, yarımmüdafiəçinin “Real”da aldığı məbləğə belə yaxın deyil. Madriddə Beylin illik maaşı 12,5 dəfə çox olub və 20 milyon avro təşkil edib.
Qeyd edək ki, uelslinin “Los-Anceles”lə müqaviləsi daha 6 ay uzadılmaq variantı ilə bir il üçün nəzərdə tutulub.