“Beşiktaş” Rusiya klubundan onu istəyir
27 yanvar 2023 01:24 (UTC +04:00)

“Beşiktaş” Rusiya klubundan onu istəyir

"Beşiktaş" "Zenit"in yarımmüdafiəçisi Vilmar Barriosu transfer etmək istəyir. 

Lent.az bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, İstanbul klubu futbolçunun transferi üçün rəsmi təklif edib. “Beşiktaş” uzun müddətdir ki, futbolçunun özü ilə danışıqlar aparır. Sankt-Peterburq klubu rəhbərliyinin reaksiyası məlum deyil.

Xatırladaq ki, 29 yaşlı kolumbiyalı 2019-cu ilin fevralından "Zenit"də çıxış edir. O, komandanın liderlərindən biridir. Bu mövsüm Rusiya Premyer Liqasında 17 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.


 

# 1503
avatar

Oxşar yazılar