“Bavariya” “Real” yarımfinala çıxdı-YENİLƏNİB
18 aprel 2024 01:56 (UTC +04:00)

“Bavariya” “Real” yarımfinala çıxdı-YENİLƏNİB

UEFA Çempionlar Liqasının 1/2 final mərhələsinin iştirakçıları bəlli olub.

Lent.az xəbər verir ki, 1/4 final mərhələsinin son oyunu, “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya) qarşılaşması ilə Avropanın ən güclü dördlüyüynün adına aydınlıq gəlib.

“Etihad” stadionundakı matçın əsas vaxtı 1:1 bitib.

Əlavə olunmuş vaxtda da hesab dəyişmədiyindən qalibi müəyyən etmək üçün penalti seriayası oynanılıb.

Burda daha dəqiq olan ispanlar yarımfinala yüksəlib.

Yarımfinal mərhələsinə aprelin 30-da "Signal Iduna Park" arenasında “Borussiya”-PSJ oyunu ilə start veriləcək. Cavab görüşü isə mayın 7-də olacaq.

Digər qarşılaşmada isə “Bavariya” - “Real” oyunu olacaq.

***

Saat 01:03

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Lent.az xəbər verir ki, Almaniyada “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə) oyunu baş tutub.

“Alyans Arena”da oynanılan matçda Almaniya təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.

Digər oyunda “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya) qarşılaşması keçirilir.

Oyunda əlavə vaxt oynanılır.

# 1893
avatar

Oxşar yazılar