Baş məşqçi 5 futbolçunu toxunulmaz  elan etdi
14 iyun 2025 19:00 (UTC +04:00)

Baş məşqçi 5 futbolçunu toxunulmaz elan etdi

"Yuventus"un baş məşqçisi İqor Tudor Turin təmsilçisinin "toxunulmaz" olan 5 futbolçusunun adını çəkib.

Lent.az xəbər verir ki, bu futbolçular arasında müdafiəçilər Federiko Qatti və Andrea Kambiaso, yarımmüdafiəçilər Manuel Lokatelli və Kefren Turam, hücumçu Kənan Yıldız da var.

"Qoca sinyora"nın maaşını artırmaq üçün Qatti ilə yeni müqavilə bağlamağı düşündüyü vurğulanır. 2029-cu ilin yayına qədər hesablanmış əvvəlki iş müqaviləsinin ötən yay bağlanmasına baxmayaraq, "Yuventus" Yıldızın müddətinin uzadılması variantını da nəzərdən keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar