"Barselona" üçün onu almaq prioritetdir  - Bu qədər pul verəcək
16 noyabr 2024 13:25 (UTC +04:00)

"Barselona" üçün onu almaq prioritetdir - Bu qədər pul verəcək

"Barselona" 2025-ci ilin yayında "Napoli"nin 23 yaşlı hücumçusu Xviça Kvaratsxeliyanı almaqda maraqlıdır və onun transferi üçün 80 milyon avro təklif etməyə hazırdır.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “blauqrana” Kvaratsxeliyanı almaqda o qədər maraqlıdır ki, “Atletik Bilbao”nun cinah oyunçusu Niko Uilyamsı almaq fikrindən əl çəkə bilər.

Xviça Kvaratsxeliya 2022-ci ildən "Napoli"də çıxış edir. Komandanın tərkibində o, 2023-cü ildə İtaliya çempionu olub. Kvaratsxeliya bundan əvvəl “Dinamo” (Tbilisi), “Dinamo” (Batumi), “Rustavi”, “Rubin Kazan” və Moskva “Lokomotiv”ində çıxış edib.

Bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 14 oyunda iştirak edib, o, beş qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Transfermarkt portalı gürcü futbolçunun bazar dəyərini 80 milyon avro qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379

Oxşar yazılar

Osimhen Ərəbistan klubu ilə anlaşdı

Osimhen Ərəbistan klubu ilə anlaşdı

3 iyun 2025 , 00:20
“Ştutqart” aparıcı futbolçusunun qiymətini  AÇIQLADI

“Ştutqart” aparıcı futbolçusunun qiymətini AÇIQLADI

2 iyun 2025 , 19:20
"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

2 iyun 2025 , 17:44
"Barselona" Saneni transfer etmək  istəyir

"Barselona" Saneni transfer etmək istəyir

2 iyun 2025 , 14:37
PSJ UEFA-dan 148 milyon avro  alacaq

PSJ UEFA-dan 148 milyon avro alacaq

2 iyun 2025 , 11:10
Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

2 iyun 2025 , 09:23
“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

1 iyun 2025 , 10:12
PSJ Çempionlar Liqasını qazandı

PSJ Çempionlar Liqasını qazandı

1 iyun 2025 , 01:03