"Barselona" "Milan"ın oyunçusunu alır
07 iyun 2025 13:26 (UTC +04:00)

"Barselona" "Milan"ın oyunçusunu alır

"Barselona" "Milan"ın sol cinah oyunçusu Rafael Leaunu izləyir.

Lent.az xəbər verir ki, “rossonerilər” 25 yaşlı futbolçunu 70 milyon avroya satmağa hazırdır. Portuqaliyalı cinah oyunçusu ilə maraqlanmalarına baxmayaraq, "blauqrana" Leaunun transferini prioritet hesab etmir. Hazırda "Bavariya"nın da Leau ilə danışıqlar apardığı vurğulanır.

Ötən mövsüm Leau bütün turnirlərdə 50 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1064

Oxşar yazılar