"Barselona" tezliklə 15 yaşlı hücumçu Lamin Yamal ilə 2026-cı ilə qədər müqavilə imzalayacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Yamal katalonların əsas heyətində debütünü La Liqanın 32-ci turunun "Betis"lə oyununda (4:0) edib. Hücumçu meydana 83-cü dəqiqədə daxil olub və 15 yaşında 290 günlük İspaniya çempionatında "Barselona"nın tarixində ən gənc debütant olub.
Turnirdən asılı olmayaraq “Barselona”nın ən gənc debütantı 1912-ci ildə 15 yaş, 4 ay və 18 gündə meydana çıxan Paulino Alkantaradır.