"Azərreyl" İspaniya klubuna qalib gəldi
09 noyabr 2023 22:09 (UTC +04:00)

"Azərreyl" İspaniya klubuna qalib gəldi

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çağırış Kubokunda növbəti oyununu keçirib.

Lent.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/16 finalda İspaniyanın “Avarka de Menorka” komandası ilə qarşılaşıb.

Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların üstünlüyü ilə başlayıb və rəqib ilk setdə 25:23 hesabı ilə qalib gəlib. Lakin "Azərreyl" sonradan təşəbbüsü ələ alıb və ikinci hissədə 25:15 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib. Növbəti setlərdə (25:19, 25:23) də üstünlüyü əldən verməyən komanda meydandan qalib ayrılıb - 3:1.

Qeyd edək ki, cavab matçı bir həftə sonra İspaniyada baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4368
avatar

Oxşar yazılar