Azərbaycan təmsilçiləri erməni rəqiblərinə  qalib gəldilər
16 iyul 2024 21:44 (UTC +04:00)

Azərbaycan təmsilçiləri erməni rəqiblərinə qalib gəldilər

Azərbaycan stolüstü tennisçiləri İsveçin Malmö şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında Ermənistan komandasına qalib gəliblər.

Lent.az xəbər verir ki, 19 yaşadək oğlanların komanda yarışlarında Ermənistan seçməsi ilə qarşılaşan 16 yaşlı stolüstü tennisçilərimiz etimadı doğruldublar. Azərbaycan kollektivi gərgin mübarizə şəraitində keçən görüşdə 3-1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669
avatar

Oxşar yazılar