İsmayıllıda avtomobil qəzası baş verib.
Avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.
Hadisə nəticəsində Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Məmmədov İlham Rəsul oğlu ağır dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda vəziyyətinin ağır olduğu bildirilir./ APA