Məhəllədə adam bıçaqlayan HAKİM QARŞISINDA
20 iyul 2026 13:58 (UTC +04:00)

Məhəllədə adam bıçaqlayan HAKİM QARŞISINDA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə ölümə cəhddə təqsirləndirilən Nicat Ələsgərovun cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən N. Ələsgərov özünü qismən - ağır xəsarət yetirdiyinə görə təqsirli bildiyini deyib.

Növbəti proses 11 sentyabr saat 14:00-a təyin olunub.

Xatırladaq ki, Nicat Ələsgərov 23 may 2026-cı ildə Xətai rayonunun  Məhəmməd Hadi küçəsində yerləşən  yaşayış binasının qarşısında əhalinin dincliyini pozmaqla, nalayiq sözlər işlətməklə yüksək səslə danışıb. Bu zaman Rəvan Çırpanov ona xəbərdarlıq edib. Nicat  Ələsgərov Rəvan Çırpanovu binanın içinə çəkərək özündə gəzdirdiyi mətbəx bıçağı ilə onu bıçaqlayıb. Hadisə yerindəki digər şəxs Nicat Ələsgərovun əlindən tutaraq onu  saxlayıb və o digər zərbələri vura bilməyib. Çırpanov Sabunçu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı cinayət işi qaldırılıb, Nicat Ələsgərova 29. 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 736

Oxşar yazılar