“Doktor Gülü”nün işinə niyə xitam verilib? - Prokurorluqdan AÇIQLAMA
20 iyul 2026 15:44 (UTC +04:00)

“Doktor Gülü”nün işinə niyə xitam verilib? - Prokurorluqdan AÇIQLAMA

0

Baş Prokurorluq "UĞUR-777" estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.

Qurumdan Lent.az-a daxil olan açıqlamada qeyd edilir ki, son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi, eləcə də, "UĞUR-777" estetik mərkəzində qanunsuz tibbi fəaliyyətin aparılmasına dair məlumat və videogörüntülər yayılıb. 

Bildiririk ki, qeyd olunan faktlar Nəsimi rayon prokurorluğunda araşdırılaraq cinayət işi başlanıb.

İbtidai istintaq zamanı toplanmış mötəbər sübutlar əsasında Xəyalə İsmayılovanın Cinayət Məcəlləsinin 131.2, 139-1.2, 142.2, 309.2, 310 və 322.1-ci, Müşfiq Bağırovun 131.2, 139-1.2, 32.5, 309.2, 310 və 322.1-ci, Rəna Quliyevanın isə 142.2, 32.5, 309.2, 310 və 322.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmələri təmin edilib.

Cinayət işi üzrə ittiham aktı 2026-cı il aprelin 22-də ibtidai araşdırmaya prosessual rəhbərliyi aparan prokuror təsdiq edərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. Hazırda məhkəmə baxışı davam etdirilir.

Sözügedən cinayət işi üzrə Gülbadə Abdullayeva barəsində Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cinayət təqibinə "Konstitusiyaya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının tətbiqi ilə əlaqədar xitam verilib. 

Habelə, aparılmış istintaqla onun əməllərində Cinayət Məcəlləsinin 142.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri müəyyən edilməyib.

Bununla yanaşı, Gülbadə Abdullayeva tərəfindən zərərçəkmiş şəxsə vurulmuş 2 min manat məbləğində maddi ziyan, habelə dövlət büdcəsinə ödənilməli olan 5 yüz manat məbləğin tam həcmdə ödətdirilməsi təmin olunub.

Eyni zamanda, G.Abdullayeva barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 428.1-ci maddələri ilə inzibati xəta haqqında icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilib və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunub.

Baş Prokurorluq bir daha bildirir ki, vətəndaşların həyat və sağlamlığına təhlükə yaradan qanunsuz tibbi fəaliyyət halları ilə bağlı daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılır, hər bir fakt üzrə hüquqi qiymət toplanmış sübutlar əsasında verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1186

Oxşar yazılar