Azərbaycan taekvondoçusu finala çıxdı
07 avqust 2024 19:25 (UTC +04:00)

Azərbaycan taekvondoçusu finala çıxdı

Fransanın paytaxtında keçirilən Yay Olimpiya Oyunlarında taekvondoçumuz Qaşım Maqomedovun Parisdəki çıxışı davam edir.

Lent.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışların yarımfinal mərhələsində iştirak edib.

Burada təmsilçimizin rəqibi italiyalı Vito Dell'Akila olub. Gərgin keçən mübarizənin sonunda Qaşım son Olimpiya çempionuna 2:0 (9:4, 11:1) hesabı ilə qalib gələrək finala yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897
avatar

Arzu Qurbanlı

Oxşar yazılar