Azərbaycan millisi bu ölkələrlə eyni  SİYAHIDA
02 sentyabr 2021 13:59 (UTC +04:00)

Azərbaycan millisi bu ölkələrlə eyni SİYAHIDA

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin arxada qalan hissəsində yalnız 9 komanda xal qazana bilməyib.

Apasport.az saytının məlumatına görə, 55 yığmanın mübarizə apardığı tsiklin uğursuzlarından biri də Azərbaycan millisidir.

Canni de Byazinin baş məşqçisi olduğu komanda bütün görüşlərdə minimal fərqlə uduzması ilə təsəlli tapa bilər. Amma istənilən halda, Portuqaliya (0:1), Serbiya və Lüksemburqla (hər ikisi 1:2) matçlar aktivimizə xal gətirməyib.

Uğursuz “doqquzluq”da olan yığmamızla eyni durumda olanlar müxtəlif sayda oyun keçirib. Cəbəllütariq (G) dörd, İrlandiya (A), Andorra, San-Marino (İ), Lixtenşteyn (J) üç, Kosovo (B), Litva (C) və Estoniya (E) iki qarşılaşmada uduzub.

Qeyd edək ki, A qrupunun xalsızları Azərbaycanla İrlandiya sentyabrın 4-də üz-üzə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2108

Oxşar yazılar