Yunan-Roma güləş üzrə yığmamızın 3 üzvü dünya çempionatının finalına yüksəlib.
Lent.az saytı xəbər verir ki, Sənan Süleymanov (77 kq) erməni rəqibi Malxaz Amoyanı məğlub edərək bu hüququ əldə edib.
Süleymanov görüşü 5:0 hesablı üstünlüklə bitirib. Bu qələbə həm də idmançımıza Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb.
Qeyri-Olimpiya kateqoriyalarında Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) yarımfinal görüşlərini uğurla başa vurublar. Eldəniz iranlı Pouya Marzdandan, Rafiq isə türkiyəli Burhan Akbudakdan güclü olub.
Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.

Azərbaycan güləşçisi erməniyə qalib gəlib finala yüksəldi
Oxşar yazılar

Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü
9 iyul 2025 , 14:15
"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
9 iyul 2025 , 10:58
Hələ avqust ayı deyil, klublar artıq yüz milyonlar xərcləyirlər: Transfer bazarına kim rəhbərlik edir?
9 iyul 2025 , 09:39
Çelsi finala çıxdı
9 iyul 2025 , 05:16
“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23