AFFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatı müzakirə edilib.
Lent.az-ın xəbərinə görə, iclasda növbəti mövsümün 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olması qərara alınıb.
Qərara əsasən, III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.
Bu mövsümdə sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.