Bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək.
Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, Avropa Gimnastikasının mətbuat xidmətinə istinadən məlumatına görə, turnir Moskvadan alınaraq Bakıya verilib.
Avropa çempionatı 2023-cü il 17-21 may tarixlərində Bakıda baş tutacaq.
Qeyd edək ki, Ukraynada baş verən hadisələrlə əlaqədar Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya və Belarusun qurumun himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.