Arda Turan “Şaxtyor”dan istefa verə bilər
25 oktyabr 2025 14:25 (UTC +04:00)

Arda Turan “Şaxtyor”dan istefa verə bilər

0

Türkiyəli mütəxəssis Arda Turan Donetskin “Şaxtyor” klubunun baş məşqçi postunu tərk edə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, 38 yaşlı mütəxəssis Ukraynanın nəhəng klubundakı baş məşqçi vəzifəsindən ayrılmağa yaxındır. Hazırda Arda Turanın əvəzlənməsi ilə bağlı nə əlavə detallara, nə də namizədlərin adına dair məlumat verilir.

Son oyunda “Şaxtyor” Konfrans Liqasının əsas mərhələsində Polşanın “Legiya” klubuna uduzub. Arda Turanın komandası ölkə çempionatında da uğursuz deyil: 9 turda toplanmış 18 xal və turnir cədvəlində 2-ci pillə, lider isə Ukrayna Premyer Liqasında “Krivbass”dır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar