“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yanvarın 27-də 40 yaşını qeyd edir.
“İndi 40 yaşım yoxdur... 50 yaşım var! “Mançester Yunayted”də iki aydan sonra 50 yaşım tamam oldu. 40 illik yubileyimi burada qeyd etmək mənim üçün böyük şərəfdir”, - Lent.az bildirir ki, Ruben BBC-yə müsahibəsində deyib.
Amorim İngiltərə Premyer Liqası oyununda "Fulhem" üzərində 1:0 hesablı qələbəni də şərh edib.
“Qələbə hissi və üç xal bizim üçün çox vacibdir. Komandanın oyununda hələ ki irəliləyiş yoxdur və bu, faktdır. Amma qalib gəlmək bizə təkmilləşməyə kömək edir. Bəzi oyunlarda bir az bəxtimiz gətirmədi. Bu gün ən yaxşı oyun olmadı, amma qalib gələ bildik.
Əsas odur ki, nə etmək istədiyim barədə dəqiq təsəvvürüm var. Bəzən əsəbləşirəm. Biz fərqli oynamaq istəyirik və gələcəkdə fərqli üslubda oynayacağıq”, - Amorim vurğulayıb.
"Mançester Yunayted" İngiltərə Premyer Liqasının cədvəlində 12-ci yerdədir. Komanda 23 oyunda 29 xal toplayıb.