“Adana Dəmirspor”da Nani  böhranı:   Müqaviləsi ləğv edilir
22 aprel 2024 19:35 (UTC +04:00)

“Adana Dəmirspor”da Nani böhranı: Müqaviləsi ləğv edilir

“Adana Dəmirspor” heyətindən kənarlaşdırılan Luis Nani ilə müqaviləyə xitam vermək üçün danışıqlara başlayıb. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Aralıq dənizi komandasının baş məşqçisi Hikmet Karaman Nanini komandada istəmədiyini bildirib. 

Portuqaliyalı ulduzla bağlı rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.

Mövsüm əvvəli “Adana Dəmirspor”a transfer edilən Luis Nani komandanın heyətində 34 oyunda 1213 dəqiqə meydanda olub və 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Karyerasında “Sportinq”, “Mançester Yunayted”, “Fənərbaxça”, “Valensiya”, “Latsio”, “Orlando”, “Venesia”, “Melburn” və “Adana Demirspor” komandalarında çıxış edən 37 yaşlı ulduz sol cinah oyunçusu. O, ümumilikdə 603 oyunda iştirak edib və 127 qol vurub, 146 məhsuldar ötürmə edib.

112 dəfə Portuqaliya millisində çıxış edən Luis Nani 23 dəfə rəqib qapısına yol tapıb.

# 1584
avatar

Oxşar yazılar