Sehrbazın son fəndi - FOTOLENT
26 noyabr 2020 00:00 (UTC +04:00)

Sehrbazın son fəndi - FOTOLENT

Oyunu ilə dünyaya səs saldığı kimi, ölümü ilə də yer kürəsini silkələməyi bacardı. Bütün futbol ictimaiyyəti sosial şəbəkədə şəklini paylaşaraq  üzüldüyünü, heyifsiləndiyini bildirdi. İllərdir müqayisə edildiyi, tez-tez söz atdığı Pele də ən güclü rəqibinin ölümünə biganə qalmadı...

Tanrının futbola hədiyyəsi idi Dieqo. Solaxay olması istedadına, boyunun bəstəliyi isə sürətinə güc qatmışdı. Rəqiblərin başına oyun açan Maradona ingilislər başda olmaqla, hamının kabusuna çevrilmişdi. Öz dövrünün futbolçularından heç kim onunla müqayisə edilə bilməzdi. Necə deyərlər, bir Maradona var idi, bir də digərləri...

Güclü orqanizmə sahib olsa da, cavan yaşlarından özünə qənim kəsildi. Sonuna çıxmaq üçün nələr etmədi ki? İçki, narkotik, eyş-işrət, gecə həyatı... Həm bədəninə ziyan vurdu, həm də adına. Amma nə olur-olsun, insanların qəlbindəki yerini itirmədi...

60 yaşını ötən ay tamamlamışdı Maradona. Yubileyindən bir neçə gün sonra isə beyin əməliyyatı keçirdiyi haqda xəbər yayılmışdı. Adama elə gəlirdi ki, həyatı boyunca bir neçə dəfə ölümdən dönən Dieqoya yenə heç nə olmayacaq. Xəstəxanadan evə buraxılması "bu dəfə də qurtuldu" düşüncəsinə zəmin yaratmışdı. Lakin qurtula bilmədi. Beyin əməliyyatından sağ çıxsa da, ürəyi ilə bacarmadı...

Yaradıcı və füsunkar futbolu ilə hər kəsin zövqünü oxşamışdı Maradona. Qədrini bilsəydi, şübhəsiz, daha çox uğurlar əldə edərdi. Amma qazandıqları da adını tarixə qızıl hərflərlə yazdırması üçün yetərli oldu. Lider kimi arxasınca daşıdığı Argentina yığması və "Napoli"də böyük zəfərlər yaşadı, çempionluqlar gördü,  canlı əfsanəyə çevrildi. Artıq əbədiyyata qovuşan əfsanə...

Rahat yat, sehrbaz!

Dünya futbolu səni heç vaxt unutmayacaq, Dieqo. Sevənlərinin yaddaşında əbədi qalacaqsan...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6881

Oxşar yazılar

Milyarderin qızı  çempion   oldu

Milyarderin qızı çempion oldu

3 mart 2025 , 17:14
"Barselona"dan Neymarın  qayıtması üçün   şərtlər 

"Barselona"dan Neymarın qayıtması üçün şərtlər 

3 mart 2025 , 15:55
Serxio Ramosun Meksika klubunda ilk qolu

Serxio Ramosun Meksika klubunda ilk qolu

3 mart 2025 , 13:44
Futbol meydançasında  niyə mərkəzi dairə   var? -  Çox maraqlı   VERSİYA

Futbol meydançasında niyə mərkəzi dairə var? - Çox maraqlı VERSİYA

3 mart 2025 , 11:04
“Barselona”dan darmadağın

“Barselona”dan darmadağın

2 mart 2025 , 21:37
“Qalatasaray” vacib iki xal itirdi

“Qalatasaray” vacib iki xal itirdi

2 mart 2025 , 19:07
Fərhad Kasimov, Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti

Bu federasiyanın vitse-prezidenti dünyasını dəyişdi

2 mart 2025 , 12:28
Futbolda dəyişiklik  - Qapıçı topu 8 saniyədən çox saxlasa...

Futbolda dəyişiklik - Qapıçı topu 8 saniyədən çox saxlasa...

1 mart 2025 , 20:31