Ulduz futbolçu Kriştianu Ronaldo formasını geyindiyi “Yuventus” klubuna jest edib.
Lent.az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, portuqaliyalı hücumçu koronavirus pandemiyasına görə maaşının azaldılması ilə razılaşıb.
Ronaldo məvacibinin 30 faizindən imtina edib. Bu isə o deməkdir ki, Kriştianu Turin təmsilçisinə 10 milyon avroluq güzəşt edib.
Qeyd edək ki, K.Ronaldo 2018-ci ildən “Yuventus”un uğurları üçün çalışır.