Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Ronaldinyo Azərbaycana dəstək olub.
Lent.az xəbər verir ki, 40 yaşlı veteran yaydığı videoda tezliklə yenidən ölkəmizə qayıtmaq istədiyini bildirib:
“Azərbaycandan olan bütün insanlara salam göndərmək istəyirəm. Qoy hər kəs (hərbçiləri nəzərdə tutur – red.) salamat evlərinə qayıtsın. Azərbaycanda mən çox gözəl qarşılandım və tezliklə ora qayıtmağı arzulayıram”.
Qeyd edək ki, Ronaldinyo 2016-cı ilin oktyabrında Bakıya “Qəbələ” klubunun sabiq prezidenti Tale Heydərovun dəvəti ilə gəlib. Bakı Olimpiya Stadionunda onun keçirdiyi mətbuat konfransında məlum olub ki, paytaxtımızda Ronaldinyonun adına futbol akademiyası açılacaq.
Ötən ilin sonlarında Tale Heydərov bir məqaləsində həmin akademiyanın bu ilin əvvəlində açılacağını desə də, koronavirus pandemiyası səbəbindən açılış baş tutmayıb.