Azərbaycan Premyer Liqasının VI turunun daha bir oyununda Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycan Ordusuna dəstək xarakterli pankart açılıb.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”la “Qəbələ” arasında keçirilən matçın tribunalarını “Qarabağ Azərbaycandır!” pankartı və Azərbaycan bayraqları bəzəyib.
Komandalar meydana xüsusi hazırlanmış maska ilə çıxıblar. Həmin maskalarda şəhid generalımız Polad Həşimov və Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket nəticəsində xəsarət alan 5 yaşlı Ömər Nəsirovun şəkli yer alıb.
Futbolçular əllərində “Əmrinizdəyik, cənab Ali Baş Komandan” pankartı ilə Azərbaycan himnini oxuyublar.
Premyer Liqada xüsusi pankart: “Əmrinizdəyik, cənab Ali Baş Komandan”
982