PSJ-nin hücumçusu Kilian Mbappe kumirlərinin adını açıqlayıb.
Lent.az-ın məlumatına görə, o, iki şəxsi xüsusi fərqləndirib.
“Uşaqlıqda idealım Zinəddin Zidan idi. Əgər sən fransalı uşaqsansa, deməli, kumirin Zidandır. O, karyerasını bitirəndən sonra isə idealım Kriştianu Ronaldo oldu. Xoşbəxtlikdən, meydanda Ronaldo ilə üz-üzə gəlmişəm. Bir də həmişə braziliyalı futbolçuları diqqətlə izləmişəm. Onların oyun tərzini çox bəyənirəm. Özümə kumir seçdiyim iki futbolçu kimi, mən də Çempionlar Liqasının və Avropa çempionatının qalibi olmaq istəyirəm”, - Mbappe bildirib.
Qeyd edək ki, 21 yaşlı ulduz 2017-ci ildən PSJ-nin formasını geyinir.