İspaniya çempionatında 2020/21 mövsümünün başlama tarixi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Primeranın prezidenti Xavyer Tebas açıqlayıb.
O bildirib ki, əgər hər şey planlaşdırıldığı kimi getsə, yeni mövsüm sentyabrın 12-də start götürəcək: “Biz cari mövsümü iyunun 11-də bərpa edəcəyik. Bunun təşkilati işləri ilə La Liqanın 130 əməkdaşı çalışır. Hər şey başqa cür olacaq. Biz hazırlıq və əsas vəzifəmiz çempionatı başa çatdırmaqdır. Növbəti mövsüm isə sentyabrın 12-də başlayacaq”.
Qeyd edək ki, İspaniya çempionatı koronavirus pandemiyasına görə martda dayandırılıb.