İtaliya vətəndaşı olan futbolçu “Keşlə”yə qayıtdı
18 oktyabr 2020 17:26 (UTC +04:00)

İtaliya vətəndaşı olan futbolçu “Keşlə”yə qayıtdı

Bakının “Keşlə” klubu heyətinə daha bir futbolçu qatıb.
 
Apasport.az saytının məlumatına görə, Sezar Meza Kolli yenidən paytaxt klubunun uğurları üçün çalışacaq.
 
İtaliya vətəndaşı olan Sezar Meza Kolli 2013-16, 2018 və 2019-20-ci illərdə şərəfini qoruduğu “Keşlə”yə qayıdıb. Bir müddət əvvəl milliləşdirilməsi də gündəmdə olan legionerin son klubu Rumıniya təmsilçisi “Universtatya” (Krayova) olub.
 
Qeyd edək ki, Sezar Azərbaycanda “Keşlə”dən başqa, “Zirə”də də oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1276
avatar

Oxşar yazılar