İtaliyanın daha bir klubunda koronavirusa yoluxma halı aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, “Torino”nun U-23 komandasının 6 futbolçusundan götürülən testin nəticəsi pozitiv çıxıb.
Klub həmin oyunçuların artıq karantinə alındığını açıqlayıb. Həmçinin komandanın fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığı bildirilib.
Qeyd edək ki, daha əvvəl “Cenoa”da koronavirusa yoluxma olduğundan, A seriyasının III turu çərçivəsində “Torino” ilə oyunu təxirə salınıb.
İtaliya klubu koronavirusa görə fəaliyyətini dayandırdı
577