FİFA prezidentinə cinayət işi açıldı
30 iyul 2020 17:00 (UTC +04:00)

FİFA prezidentinə cinayət işi açıldı

İsveçrədə FİFA prezidenti Canni İnfantinoya qarşı cinayət işi açılıb.

Apasport.az saytının məlumatına görə, o, federal prokurorluq əməkdaşlarını səlahiyyətlərindən sui-istifadəyə təhrik etməkdə ittiham olunur.

FİFA prezidenti ilə yanaşı, Yuxarı Valenin baş prokuroru Rinaldo Arnolda qarşı da istintaq başlanıb.

İddia olunur ki, İnfantino və Arnold gizli görüşlərdə iştirak edib. Məhz bunlardan sonra İsveçrənin baş prokuroru Maykl Lauber vəzifəsindən azad olunub.

Qeyd edək ki, İnfantino 2016-cı ilin fevralında FİFA-nın Növbədənkənar Konqresində prezident seçilib. O, bu postda çoxsaylı korrupsiya əməllərində ittiham olunan Yozef Blatteri əvəzləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2512

Oxşar yazılar

“Beşiktaş” öz meydanında uduzdu

“Beşiktaş” öz meydanında uduzdu

25 may 2025 , 23:22
Kilian Mbappe “Qızıl buts”  mükafatını qazandı

Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı

25 may 2025 , 21:31
Xabi Alonso

"Real"ın yeni baş məşqçisi təyin olundu

25 may 2025 , 15:04
Zaniolo  üçün qərar verildi: "Qalatasaray"lı  futbolçu İtaliyadan əliboş qayıdır

Zaniolo üçün qərar verildi: "Qalatasaray"lı futbolçu İtaliyadan əliboş qayıdır

24 may 2025 , 19:07
O da Ançelotti ilə vidalaşdı

O da Ançelotti ilə vidalaşdı

24 may 2025 , 14:49
"Barselona" onu satır

"Barselona" onu satır

24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı  məlum oldu

Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu

24 may 2025 , 11:15
İtaliya A Seriyasının ən yaxşı futbolçusu  seçildi

İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçildi

24 may 2025 , 08:42