Madrid “Real”ının futbolçusu Eden Azar ABŞ-a yollanacaq.
Lent.az-ın ESPN-ə istinadən məlumatına görə, belçikalı yarımmüdafiəçi əməliyyat olunmaq üçün adıçəkilən ölkəyə gedəcək.
Azar La Liqanın 25-ci turunda “Levante” ilə qarşılaşmada zədələnmişdi. Tibbi müayinədən sonra onun əməliyyata ehtiyacının olduğu açıqlanmışdı.
Qeyd edək ki, “Real”a ötən ilin yayında keçən E.Azar “qalaktikos”un heyətində ümumilikdə 15 oyunda keçirib və 1 qola imza atıb.